"Avropada Ukraynanın qələbəsinə inanmırlar" - Orban

   "Avropada Ukraynanın qələbəsinə inanmırlar" -    Orban
  22 Fevral 2024    Oxunub:838
Ukraynada münaqişə bitməyəcək və Avropanın üzərinə düşən yük artacaq
AzVision.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

O qeyd edib ki, Avropa Parlamentinə sçkilər və ABŞ-də prezidentlik seçkiləri nəticəsində baş verə biləcək siyasi dəyişikliklər Rusiya-Ukrayna münaqişəsində sülhün əldə olunmasına töhfə verə bilər.

Beynəlxalq vəziyyətlə bağlı proqnozlardan danışan Orban qeyd edib ki, Ukraynada münaqişə hələ davam edəcək. Lakin prezident seçkiləri ilə bağlı mübahisələrə görə ABŞ-dən Ukraynaya maliyyə dəstəyi azala bilər.

"Ukraynalılara dəstək baha başa gəlir. Bütün Avropada fermerlər üsyan edir və heç kim Ukraynanın qələbəsinə inanmır", - Macarıstan hökumətinin başçısı bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti