Atası qızını 4 il əvvəl öldürüb basdırdı , meyiti tapılmadı

      Atası qızını 4 il əvvəl öldürüb basdırdı   , meyiti tapılmadı
  22 Fevral 2024    Oxunub:721
Ağdamda 4 il əvvəl ölən qızla bağlı axtarışlara başlanıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, axtarış rayonun İmamqulubəyli qəsəbəsində aparılır.

Meyiti axtarılan şəxsin qəsəbə sakini, 1996-cı təvəllüdlü Nəcəfova Nərgiz Şikar qızı olduğu bildirilir. Verilən məlumata görə, onu atası, Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

Bu gün evin həyətyanı sahəsinə baxış keçirilib. Lakin meyit və ya insan qalıqları aşkar edilməyib. Hazırda kənddən keçən su kanalında axtarışlara başlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti