Medvedçuk: "Putinlə əlaqələrim var"

 Medvedçuk:    "Putinlə əlaqələrim var"
  22 Fevral 2024    Oxunub:943
Ukraynalı siyasətçi, “Druqaya Ukrayna” hərəkatı şurasının rəhbəri Viktor Medvedçuk Rusiya prezidenti Vladimir Putinlə bağlı diqqət çəkən açıqlama verib.
O, Rusiya mediasına verdiyi müsahibədə qeyd edib ki, Vladimir Putinlə əlaqə saxlayır. Siyasətçi Rusiya lideri ilə qurduğu əlaqələrin təfərrüatlarını açıqlamayıb.

Ukrayna Viktor Medvedçuku Rusiyaya verdi
Medvedçuk Ukraynadakı çevrilişin onuncu ildönümü ilə bağlı da danışıb.

Xatırladaq ki, ukraynalı müxalif siyasətçi 2022-ci ilin aprelində saxlanılmışdı. Daha sonra Volodimir Zelenski Medvedçuku əsir götürülmüş ukraynalılarla dəyişməyi təklif etdi.

Sonradan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın vasitəsilə Medvedçuk “Azovstal” komandirlərinin də olduğu ukraynalı əsirlərlə dəyişdirildi.

O, uzun illər Ukraynada Rusiya maraqlarını müdafiə edən siyasətçilərdən olub. V.Medvedçukun Rusiya ilə əlaqələri sadəcə siyasi müstəvidə deyil. Belə ki, Rusiya Prezidenti Vladimir Putin onun qızının xaç atasıdır.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Putin  





Xəbər lenti