Komitə: "Rəfəhə hücum ölüm zərbəsidir"

      Komitə:    "Rəfəhə hücum ölüm zərbəsidir"
  22 Fevral 2024    Oxunub:1517
18 humanitar yardım təşkilatının rəhbərləri (BMT və qeyri-hökumət nümayəndələri) Qəzza zolağında həyati ehtiyacların, o cümlədən suyun ciddi qıtlığı barədə birgə xəbərdarlıq bəyanatı yayıblar.
AzVision.az xəbər verir ki, bu barədə sözügedən təşkilatları özündə birləşdirən Qurumlararası Daimi Komitədən (IASC) bildirilib.

"Rəfəhdə vəziyyətin daha da gərginləşməsi "artıq diz çökmüş" humanitar dəstəyə ölümcül zərbə vura bilər. Qəzza zolağında dinc sakinlər dünya ictimaiyyətinin gözü önündə böyük təhlükə altındadırlar", - bəyanatda vurğulanır.

Komitə Qəzzada təcili atəşkəsə, İsraili humanitar qanunlara uyğun hüquqi öhdəliklərini yerinə yetirməyə çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   Rəfəh   xəbərdarlıq   komitə  





Xəbər lenti