ABŞ-da 2 333 nəfər edamını gözləyir

   ABŞ-da 2 333 nəfər edamını gözləyir
  22 Fevral 2024    Oxunub:744
1976-cı ildən 2024-cü ilin yanvar ayının 3-dək ABŞ-da 1 582 məhbus edam edilib.
Bu barədə “Deathpenaltyinfo.org” portalı məlumat yayıb. Hökmlərin 1402-si iynə vurulmaqla həyata keçirilib. Qeyd olunub ki, təkcə ötən il 24 nəfər edam edilib. Ölüm hökmlərinin maksimum sayı 1999-cu ildə icra edilib – 98 məhbus.

Vurğulanıb ki, hazırda ABŞ-da edamı gözləyən 2 333 nəfər var. Onlardan 665-i Kaliforniya təcridxanalarında saxlanılır.

AzVision.az


Teqlər:





Xəbər lenti