Ermənistan Azərbaycan vətəndaslarina mülk satır? - Ötən il 2 əmlak alınıb |
Ötən il Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak almayıb. Lakin 2022-ci ildə 2 azərbaycanlı daşınmaz əmlak sahibi olub. Bunlardan biri İrəvanada, digəri Lori vilayətindəki fərdi yaşayış binasıdır.
Həmçinin qeyd edilib ki, 2023-cü ildə Türkiyə vətəndaşları İrəvanda çoxmənzilli yaşayış binasında 2 ev və Ararat rayonunda 1 torpaq sahəsi satıblar. Azərbaycan vətəndaşı isə çoxmənzilli yaşayış binasından 1 mənzil satıb.
Kadastr Komitəsinin məlumatına görə, Türkiyə vətəndaşları Ermənistanda ilk dəfə 2005-ci ildə, Azərbaycan vətəndaşları isə 2012-ci ildə daşınmaz əmlak alıblar.
Aytən Zəhra
AzVision.az