Abonentə 100 manat borc olan yeni sayğac quraşdırdılar - VİDEO

Abonentə 100 manat borc olan yeni sayğac quraşdırdılar    - VİDEO
  20 Fevral 2024    Oxunub:666
Abonentə yeni sayğac quraşdırılsa da, 100 manatdan çox borc yazılıb.
Xezerxeber.az-ın məlumatına görə, belə ki, Kürdəmir rayon sakinləri yeni evlərinə qaz xəttələrinin çəkilməsi üçün aidiyyəti üzrə müraciət ediblər. Müraciət əsasında Rayonun Şıxımlı kənd sakinləri Anar və Pərviz Şirəliyev qardaşlarının yaşadıqları ünvana yeni qaz xətti çəkilərək hər biri ayrılıqda qaz sayğacları ilə təmin olunublar.

Pərviz Şirəliyevin sözünə görə, yanvar ayının 23-də quraşdırılan sayğacla bərabər ona borc da yazılıb.

Pərviz Şirəliyevlə yanaşı qardaşı Anar Şirəliyevin mənzilinə fevralın 15-də yeni qaz sayğacı quraşdırılıb. Analoji vəziyyət həmin vətandaşın da başına gəlib.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu cür hadisə ilə nadir hallarda rastlaşılır. Dərhal rayon istismar sahəsinin əməkdaşları tərəfindən sayğaclara baxış keçirilib. Yeni quraşdırılan sayğacın üzərində olan borc kimi göstərilən məbləğ sıfırlanaraq sakinlərin istifadəsinə verilib.

Ətraflı süjetdə:

AzVision.az



Teqlər:





Xəbər lenti