Salyanda mikroavtobus aşıb- Fotolar

 Salyanda mikroavtobus aşıb-  Fotolar
  20 Fevral 2024    Oxunub:664
Bu gün saat 12:30 radələrində Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisindən keçən 45-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, Neftçala rayon sakini Abdulla Əsgərovun Salyan-Şirvan marşrut xətti üzrə idarə etdiyi “Mercedes” markalı, 99-SK-685 dövlət qeydiyyat nişanlı mikroavtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb, 6 nəfər sərnişinə isə ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti