Fransa məhkəməsi Karapetyanın 120 milyon avroluq mülkünü müsadirə etdi

 Fransa məhkəməsi Karapetyanın  120 milyon avroluq  mülkünü müsadirə etdi
  20 Fevral 2024    Oxunub:863
Fransa məhkəməsi erməni əsilli rus iş adamı, "Tashir Group"un sahibi Samvel Karapetyanın villasını müsadirə edib.
AzVision.az xəbər verir ki, bu barədə Le Monde məlumat yayıb.

Solovyovun villasını yandırdılar
Nəşrin məlumatına görə, mülk rəsmi olaraq Karapetyana məxsusdur. Lakin Paris prokurorluğu iddia edib ki, əsl benefisiar “Qazprom neft”in törəmə şirkətidir.

"Le Monde" yazıb ki, dəyəri 120 milyon avro olan bu nəhəng obyekt Lazurdakı Rokebryun-Kap-Martin kommunasında yerləşir.

Villa bir neçə mərtəbəli binadan ibarətdir. Binanın yaxınlığında üç hovuz, tennis kortu və helikopter meydançası var. Qərb tərəfindən Moskvaya qarşı anti-Rusiya sanksiyaları tətbiq edildikdən sonra bu, Fransanın Rusiya kapitalı ilə bağlı ən böyük əmlakı ələ keçirməsi hadisəsidir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Villa   Biznesmen  





Xəbər lenti