Azyaşlı qızını döyən ata saxlanılıb, cinayət işi başlanılıb

 Azyaşlı qızını döyən ata saxlanılıb,  cinayət işi başlanılıb
  20 Fevral 2024    Oxunub:1593
Övladına fiziki şiddət göstərən ata polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu deyib. O bildirib ki, ataya 128-ci maddə ilə cinayət işi açılıb: "Uşaq və ananın təhlükəsizliyi təmin olunub" .
Azyaşlını vəhşicəsinə döyən ata ilə bağlı DİN-dən açıqlama


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov AzVision.az -a bildirib ki, görüntülər araşdırılıb:

"Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir".

AzVision.az



Teqlər:  





Xəbər lenti