UEFA-dan Əliyar Ağayevə təyinat

   UEFA-dan Əliyar Ağayevə təyinat
  20 Fevral 2024    Oxunub:476
FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiriləcək “Ludoqorets” (Bolqarıstan) - “Servett” (İsveçrə) qarşılaşmasının baş hakimi olacaq. Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Türkiyədən Alper Ulusoy, onun köməkçisi həmyerlisi Abdulkadir Bitigen olacaq. Oyunun hakim-inspektoru isə Fransadan Fredi Fautrel olacaq.

Qeyd edək ki, fevralın 22-də Bolqarıstanın Razgrad şəhərində oynanılacaq görüşə Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti