"Qarabağ" – “Braqa” oyununun hakimləri açıqlandı

   "Qarabağ" – “Braqa” oyununun hakimləri açıqlandı
  20 Fevral 2024    Oxunub:858
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" – “Braqa” (Portuqaliya) qarşılaşmasının hakimləri açıqlanıb.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Georgi Kabakov olacaq. Ona Martin Marqaritov, Diyan Valkov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək. VAR hakimləri İvaylo Stoyanov və Draqomir Draqanovdur.

Qeyd edək ki, görüş fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Bu komandalar arasında ilk matç Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

AzVision.az



Teqlər:





Xəbər lenti