Leyen yenidən Avropa Komissiyasının rəhbəri seçilməyi planlaşdırır

  Leyen yenidən Avropa Komissiyasının rəhbəri seçilməyi planlaşdırır
  19 Fevral 2024    Oxunub:1100
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sözügedən posta ikinci müddət üçün namizədliyini irəli sürəcək.
“Politico”nun məlumatına görə, Ursula fon der Leyen qərarını Almaniya Xristian Demokrat İttifaqının mətbuat konfransı zamanı açıqlayıb. Bloomberg yazır ki, onun namizədliyi Avropa İttifaqında liderlik dəyişikliyi riski və ifrat sağçı ideyaların mümkün artımı fonunda baş verib.

“Bu gün tamamilə düşünülmüş qərar qəbul edirəm. İkinci müddətə namizədliyimi irəli sürmək istəyirəm”, - deyə Avropa Komissiyasının rəhbəri qeyd edib.

Xanım fon der Leyen bu vəzifəni 2019-cu ildən tutur, mandat 2024-cü ilin sonunda bitir.

AzVision.az



Teqlər:





Xəbər lenti