Almaniya Medvedevin "Berlin də vurulacaq" sözlərinə reaksiya verib

Almaniya Medvedevin    "Berlin də vurulacaq"    sözlərinə reaksiya verib
  19 Fevral 2024    Oxunub:928
Almaniya hökumətinin sözçüsü Şteffen Hebestrayt Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Moskvanın Qərblə müharibə başlayacağı təqdirdə, Berlinə də zərbə endirəcəyi barədə sözlərini şərh edib.
O, jurnalistlərə açıqlamasında deyib ki, Almaniya hökuməti Rusiya rəsmisinin bu fikirlərini nəzərə alıb.

Xatırladaq ki, bir müddət öncə Medvedev Qərbi hədələmişdi. O qeyd edib ki, Rusiyanı 1991-ci il sərhədlərinə qaytarmaq cəhdləri pis nəticələr verəcək. Bu yalnız Rusiya dövlətini bütün strateji arsenaldan istifadə etməklə Qərb ölkələri ilə qlobal müharibəyə gətirib çıxaracaq.

Onun fikrincə, Qərblə müharibə olarsa, Rusiya Kiyev, Berlin, London və Vaşinqtonu vuracaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Berlin  





Xəbər lenti