Çşmarityanın 39 milyon dolları və mülkləri müsadirə edilir

Çşmarityanın 39 milyon dolları və mülkləri müsadirə edilir
  19 Fevral 2024    Oxunub:957
Ermənistan Prokurorluğu nəqliyyat və rabitə nazirinin keçmiş müavini Hayk Çşmarityandan təxminən 15,8 milyard dramın (təxminən 39 milyon dollar - red.) müsadirə edilməsini tələb edir.
AzVision.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Prokurorluq qanunsuz əldə edilmiş əmlakla bağlı iddia çərçivəsində Çşmarityan və onunla əlaqəli şəxslərdən 7 ədəd daşınmaz əmlakın, 1 avtomobilin, 2 şirkət səhmlərinin, təxminən 10 milyard 71 milyon dram nağd pulun (25 milyon dollara yaxın-red.) və digər mülklərin müsadirə edilməsi barədə məhkəməyə vəsatət qaldırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti