Brazilya səfiri İsrail XİN-ə çağrılacaq

   Brazilya səfiri İsrail XİN-ə çağrılacaq
  18 Fevral 2024    Oxunub:885
İsrailin xarici işlər naziri İsrael Katz fevralın 19-da Braziliya səfirinin Xarici İşlər Nazirliyinə çağırılacağını və orada ona sərt təqdimat veriləcəyini bildirib.
İsrailin baş naziri Benyamin Netanyahunun sözlərinə görə, “ciddi töhmət”ə səbəb Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərini Holokostla müqayisə edən bəyanatı olub.

Netanyahunun bəyanatında Braziliya prezidentinin bəyanatı “rüsvayçı” adlandırılır.

“İsrailin hərəkətlərini nasist Holokostu və Hitlerlə müqayisə etmək qırmızı xətti keçmək deməkdir. İsrail beynəlxalq hüquqa hörmətlə yanaşaraq öz müdafiəsi və gələcəyi üçün tam qələbə çalana qədər mübarizə aparır”.

Fevralın 18-də Əddis-Əbəbədə jurnalistlərə müsahibəsində Luiz İnasio Lula da Silva bildirib ki, Qəzza zolağında müharibə “əsgərlər” arasında deyil, “yaxşı təlim keçmiş ordu, qadınlar və uşaqlar” arasında gedir.

İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında müharibə 7 oktyabr 2023-cü ildə yaraqlıların İsrail ərazisinə hücumu ilə başlayıb. Müharibədə 1,2 min israilli həlak olub, 5,4 mini yaralanıb. İsrail Qəzza zolağında cavab hərbi əməliyyatına başlayıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlər nəticəsində 29 minə yaxın insan həlak olub, 67 mindən çox insan yaralanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti