"Neftçi" "Zirə"yə qalib gəldi, Sumqayıtda heç-heçə

   "Neftçi" "Zirə"yə qalib gəldi,    Sumqayıtda heç-heçə
  18 Fevral 2024    Oxunub:666
Bu gün Misli Premyer Liqasında 23-cü turun daha iki oyunu keçirilib.
AzVision.az xəbər verir ki, 2-ci pillədəki "Sumqayıt" 8-ci yerdəki "Turan Tovuz"u qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb - 0:0.

Günün son qarrşılaşmasında 3-cü sıradakı "Neftçi" evdə 4-cü pillədəki "Zirə" ilə üz-üzə gəlib. Xalları eyni olan komandaların matçında "Neftçi" qalib gəlib - 1:0. Bu qələbədən sonra "Neftçi" 35 xalla 3-cü pillədəki yerini möhkəmləndirib.

Xatırladaq ki, 23-cü turun "Qəbələ" - "Qarabağ" oyunu təxirə salınıb.

18 fevral (bazar)

18:00. “Neftçi” – “Zirə” - 1:0


Qol: Ervin Koffi, 11 (1:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Neftçi Arena”

15:30. “Sumqayıt” – “Turan Tovuz” - 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

AzVision.az


Teqlər:





Xəbər lenti