Misir XİN rəhbəri: "Rəfəhə hücum dəhşət doğuracaq"

      Misir XİN rəhbəri:    "Rəfəhə hücum dəhşət doğuracaq"
  17 Fevral 2024    Oxunub:1230
Misirin xarici işlər naziri Samih Şükri Münhen Təhlükəsizlik Konfransında İsrailin Rəfəhə gözlənilən əməliyyatı ilə bağlı sualı cavablandırıb.
AzVision.az xəbər verir ki, nazir belə bir əməliyyat nəticəsində Misir-İsrail münasibətlərinin gərginləşəcəyini vurğulayıb.

"İnsanların müharibə zamanı yurdlarından didərgin düşməsi yolverilməzdir. Bu, beynəlxalq humanitar hüququn pozulmasıdır. Vəziyyətin daha da ağırlaşması xoşagəlməz nəticələr doğruracaq. Misirin milli təhlükəsizliyi risk altındadır", - nazir bildirib.

Hazırda Qəzza zolağının şimal şəhərlərindən didərgin düşən 1,4 milyon fələstinli ən cənubda - Misirlə sərhəddə yerləşən Rəfəh şəhərində məskunlaşıb. Onlar kəskin su və ərzaq qıtlığı ilə üzləşiblər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Misir   Qəzza   Rəfəh   Münhen   konfrans  





Xəbər lenti