Cüdoçumuz qızıl medal qazanıb

   Cüdoçumuz qızıl medal qazanıb
  17 Fevral 2024    Oxunub:997
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən "Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.
73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda tacikistanlı Abubakr Şerova qalib gələrək fəxri kürsünün birinci pilləsinə qalxıb.

Millinin digər üzvü Rəşid Məmmədəliyev (73 kiloqram) isə üçüncü yer uğrunda görüşdə kanadalı Artur Margelidona məğlub olub.

Bu gün Azərbaycanın digər cüdoçuları: Ömər Rəcəbli və Zelim Tçkayev (hər ikisi 81 kiloqram) qızıl medal görüşünə çıxacaqlar. Onlar öz aralarındakı qarşılaşmada birinci yerin sahibini müəyyənləşdirəcəklər.

Turnirin ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal əldə ediblər.

Fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur.

AzVision.az


Teqlər: idman   cüdo   qızıl-medal  





Xəbər lenti