İdarə Heyətinin sədri Ümummilli liderin layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü, ardıcıl və müdrik
siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə ölkəmizin və
bütövlükdə regionun yeni strateji inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə
çatdırıb. O qeyd edib ki, işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan
Respublikasının Konstitusiya quruluşu və suverenliyi tam bərpa olunub.
Əminliklə demək olar ki, bu gün Azərbaycan xalqı öz tarixinin ən şanlı və qürurverici dövrünü yaşayır.
İclasda Agentliyin öz fəaliyyətini ölkə rəhbərinin apardığı sahibkarlara
dəstək tədbirlərinə və bu sahədə vətəndaş məmnunluğunu təmin etmək
yönündəki tapşırıqlarına uyğun olaraq davam etdirdiyi qeyd olunub. Sonra Ərazi
Reklam İdarələri rəhbərlərinin açıq məkanda reklamlar sahəsində regionlar üzrə
görülən işlərin cari vəziyyəti barədə hesabatları dinlənilib, növbəti aylarda
görüləcək işlərdən danışılıb. Gələcək hədəflərə toxunularaq, açıq məkanda
reklamlarla bağlı innovativ həll üsullarının tətbiqinin prioritet təşkil edəcəyi xüsusi vurğulanıb.
AzVision.az