Millimiz Avropada 4-cü oldu

Millimiz Avropada 4-cü oldu
  17 Fevral 2024    Oxunub:858
Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatını 2 qızıl, 1 bürünc medalla başa vurub.
AzVision.az xəbər verir ki, bununla da yığma komanda hesabında 4-cü yeri tutub.

Aktivinə 83 xal yazdıran kollektiv 27 komanda arasında 4-cü pillədə qərarlaşıb. Komanda hesabında 1-ci yeri 147 xalla Ukrayna tutub. Türkiyə (142) ikinci, Rumıniya (101) isə üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) bürünc medal qazanıb.
AzVision.az



Teqlər:





Xəbər lenti