Qadın güləşçimiz bürünc medal qazanıb

Qadın güləşçimiz bürünc medal qazanıb
  16 Fevral 2024    Oxunub:1149
Azərbaycanın qadın güləşçisi Elis Manolova (65 kiloqram) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
İdmançı almaniyalı Anna Nuernberqerə 2:1 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Millinin digər üzvü Birgül Soltanova (62 kiloqram) isə bürünc medal görüşündə rusiyalı Veranika İvanovaya 6:9 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti