"Qarabağ"ın 3 oyunçusu Avropa Liqasının ən yaxşıları sırasında - FOTO

"Qarabağ"ın 3 oyunçusu Avropa Liqasının ən yaxşıları sırasında    - FOTO
  16 Fevral 2024    Oxunub:903
"Sofascore" statistik portalı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının rəmzi komandasını açıqlayıb.
Rəmzi 11-likdə "Qarabağ"ın 3 futbolçusu yer alıb. Bunlar qapıçı Andrey Lunyov, yarımmüdafiəçilər Marko Yankoviç və Abdullah Zubirdir.

Lunyovun çıxışı 7,9, Yankoviçin 8,0, Zubirin oyunu isə 9,0 xalla qiymətləndirilib.

Xatırladaq ki, "Qarabağ" Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəlib. Zubir bu oyunda 2 qol vurub, 1 qol ötürməsi edib. Yankoviç isə penaltidən rəqib qapısına yol tapıb.

AzVision.az



Teqlər:





Xəbər lenti