Yaponiya iqtisadiyyatı tənəzzülə uğrayıb

Yaponiya iqtisadiyyatı tənəzzülə uğrayıb
  16 Fevral 2024    Oxunub:1073
Yaponiya Statistika Xidmətinin saytında dərc olunan məlumatlara görə, ölkə iqtisadiyyatı 2023-cü ilin dördüncü rübündə tənəzzülə uğrayıb.
Bu, son beş ildə ilk dəfə baş verib. Texniki tənəzzül bir ölkənin ÜDM-nin iki rüb ardıcıl olaraq azalmasıdır. İyul-sentyabr aylarında Yaponiyanın real ÜDM-də azalma əvvəlki rüblə müqayisədə 0,8%, oktyabr-dekabr aylarında isə 0,1% təşkil edib.

Ölkədə analoji tənəzzül dövrləri 2001, 2008-2009, 2012 və 2018-ci illərdə də qeydə alınıb. Nəticədə Yaponiya dünyanın üçüncü iqtisadiyyatı olaraq yerini Almaniyaya verib. Ötən ilin sonunda Yaponiyanın ÜDM-i dollar ifadəsində 4,21 trilyon dollar, Almaniyada 4,46 trilyon dollar təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti