Aİ müdafiə sektorunda yeni vəzifə yaratmaq istəyir

Aİ müdafiə sektorunda yeni vəzifə yaratmaq istəyir
  16 Fevral 2024    Oxunub:1022
Avropa İttifaqı qurumun müdafiə siyasətinin iqtisadi aspektlərinə nəzarət etmək üçün blokun yeni müdafiə komissarı postunun yaradılmasını nəzərdən keçirir.
Bu barədə “Politico” qəzeti mənbələrə istinadən yazıb. “Aİ müdafiə siyasətinin sənaye aspektlərinə nəzarət etmək üçün yeni müdafiə komissarı vəzifəsinin yaradılmasını nəzərdən keçirir”, - nəşr bildirib.

Vurğulanıb ki, Polşa Xarici İşlər Nazirliyinin hazırkı rəhbəri Radoslav Sikorski Aİ-də yeni vəzifəyə mümkün namizədlərdən biri hesab olunur. Politico-nun mənbələrinə görə, “o, mütləq bunu istəyir”. Digər namizəd Estoniyanın baş naziri Kaya Kallasdır.

Bundan başqa yeni mövqe haqqında söhbətlər “ciddi olsa da”, onun əhatə dairəsi ilə bağlı müzakirələr ətraflı aparılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti