Azərbaycan yanvarda OPEC kvotasını 86 % istifadə edib

Azərbaycan yanvarda OPEC kvotasını 86 % istifadə edib
  16 Fevral 2024    Oxunub:1060
Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barel olub.
AzVision.az -ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 474 min barelini xam neft, 124 min barelini kondensat təşkil edib. Bununla da Azərbaycan OPEC kvotasını 86,03 % istifadə edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

AzVision.az



Teqlər:





Xəbər lenti