“Qarabağ” tank kimi üstümüzdən keçdi” - Abel Ruiz

   “Qarabağ” tank kimi üstümüzdən keçdi” -    Abel Ruiz
  16 Fevral 2024    Oxunub:1051
“Braqa”nın kapitanı Abel Ruiz Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 2:4 uduzduqları oyundan danışıb.
AzVision.az xəbər verir ki, O, Sport TV-yə açıqlamasında “Qarabağ”ın tank kimi üstlərindən keçdiyini deyib:

“Etiraf edək ki, bu gün bizim günümüz deyildi. Növbəti məşqdə reaksiya verib, bunu tərsinə çevirməliyik. İstədiyimiz nəticə olmadı. Qarabağ üstümüzdən keçdi. Əvvəlcə diqqətimizi çox vacib oyun olan çempionata yönəldəcəyik, sonra isə “Qarabağ”la səfər oyunu haqda düşünəcəyik”.

AzVision.az


Teqlər:





Xəbər lenti