Rusiyalı idmançı Rumıniyaya buraxılmadı

   Rusiyalı idmançı Rumıniyaya buraxılmadı
  15 Fevral 2024    Oxunub:921
Sərbəst güləş üzrə ikiqat olimpiya çempionu, rusiyalı Əbdülrəşid Sadulayev onun Rumıniya ərazisinə girişinə qadağa qoyulması qərarını qəribə adlandırıb. O, bu barədə İnstaqram səhifəsində məlumat verib
Cümə axşamı məlum olub ki, Sadulayev Buxarest hava limanına gələndə Rumıniyaya buraxılmayıb. İdmançı Avropa çempionatında iştirak etməli idi.

"Təəssüf ki, bu Avropa çempionatı mənim iştirakım olmadan baş tutacaq. Rumıniyaya buraxılmadım - vizamı bəyənmədilər. Nədənsə qəribə çıxır: Buxarestə uçduğum İspaniyada mənim üçün heç bir sual yox idi. Dəstəyiniz üçün təşəkkür edirik, biz dərs alacağıq və davam edəcəyik. Bütün oğlanlarımıza uğurlar, ən əsası isə heç bir xəsarət almasınlar”, - deyə idmançı yazıb.

Fevralın 9-da sərbəst güləş üzrə Rusiya yığmasının baş məşqçisi Xajimurat Qatsalov TASS-a bildirib ki, Sadulayev və olimpiya çempionu Zaur Uguevə Avropa çempionatında iştirak etmək üçün viza verilməyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti