Rəisi Qriqoryanla görüşdə xarici qüvvələrin Qafqazdakı mövcudluğuna qarşı çıxdı

   Rəisi Qriqoryanla görüşdə xarici qüvvələrin Qafqazdakı mövcudluğuna qarşı çıxdı
  15 Fevral 2024    Oxunub:1305
İran regionda xarici qüvvələrin mövcudluğuna qarşı çıxır və hesab edir ki, onlar nəinki vəziyyəti həll etmir, hətta daha böyük problem yaradırlar.
AzVision.az IRNA-ya istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Ermənistanın baş nazirinin müavini Mher Qriqoyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Sülhə atılan güllə: Erməni təxribatını Qərb təşkil edib? - EKSPERTLƏRİN ŞƏRHİ
İran liderinin sözlərinə görə, Tehranla İrəvan arasında olan münasibətlər tarixi, dostluq və konstruktiv xarakter daşıyır. Rəisi İranın Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin qorunmasındakı rolunu da qeyd edib. O, ölkəsinin İrəvan və Bakı arasında sülh danışıqlarına dəstəyini xatırladıb və Tehran üçün qırmızı xətləri bir daha xatırladıb.

Qriqoryan öz növbəsində qeyd edib ki, İranın Ermənistanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyi İrəvan üçün çox mühüm və dəyərlidir. O, Ermənistan hökumətinin İslam Respublikası ilə iqtisadi və ticarət əlaqələrini, xüsusilə enerji və nəqliyyat sektorlarında inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı missiyası Rusiya və Azərbaycanla yanaşı İranda da narazılıq doğurub. İran rəhbəri regionda xarici qüvvələrin mövcudluğundan söz açarkən çox gümanki, bu missiyanın fəaliyyətini nəzərdə tutub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Ermənistan  





Xəbər lenti