Fransa və Ukrayna arasında təhlükəsizlik sazişi imzalanacaq

   Fransa və Ukrayna arasında təhlükəsizlik sazişi imzalanacaq
  15 Fevral 2024    Oxunub:1331
Sabah Fransa və Ukrayna liderləri təhlükəsizlik üzrə saziş imzalayacaqlar.
AzVision.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

"Bu səfər Rusiyanın Ukraynaya təcavüzünün ikinci ilinin geridə qalması fonunda ölkə prezidenti üçün Fransanın uzunmüddətli perspektivdə və bütün tərəfdaşları ilə Ukraynaya sarsılmaz və əzmkar dəstəyini göstərmək naminə fürsətdir", - məlumatda vurğulanır.

İmzalanacaq saziş ötən ilin iyulunda NATO-nun Vilnüsdə keçirilən sammitində verilmiş vədlərin nəticəsidir.

Bu münasibətlə Ukrayna prezidenti Volodimir Zelenski sabah Parisə gedərək, fransalı həmkarı Emmanuel Makronla görüşəcək. Onun həmçinin həftə sonu Almaniyaya səfəri və Münhen Təhlükəsizlik Konfransında iştirakı, habelə konfrans çərçivəsində ABŞ-nin vitse-prezidenti Kamala Harrislə görüşü nəzərdə tutulur.

Əvvəlcə sazişin Kiyevdə imzalanacağı gözlənilsə də, Makronun Ukraynaya səfəri təxirə salınmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ukrayna   Fransa   görüş   saziş   prezident  





Xəbər lenti