Bakıda “avtoş” qadın tapıldı

Bakıda “avtoş” qadın tapıldı
  25 İyun 2014    Oxunub:3051
Bakıda Dövlət Yol Polisinin əməkdaşları tərəfindən “avtoş” qadın müəyyənləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, paytaxtın Nərimanov rayon ərazisində saxlanılmış F.N. ad-soyadlı qadın İnzibati Xətalar Məcəlləsinin (İXM) 155.7-ci maddəsini pozmaqda günahlandırılıb.

Qadın 600 manat cərimələnib və onun avtomobilindəki “avtoşluq” elementləri olan əşyalar müsadirə edilib.

Qeyd edək ki, İXM-in 155.7-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə beş yüz manatdan səkkiz yüz manatadək miqdarda miqdarda cərimə edilir.


Teqlər:  





Xəbər lenti