Ermənistanın iqtisadiyyat naziri istefa verdi

 Ermənistanın iqtisadiyyat naziri istefa verdi
  14 Fevral 2024    Oxunub:1138
Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan vəzifəsini tərk edib.
AzVision.az xəbər verir ki, o, sosial şəbəkələrdə istefa verdiyini açıqlayıb.

Kerobyan əlavə edib ki, bu üç il ərzində həftədə ən azı altı gün, səhər saat 8-dən axşam 9-a kimi işləyib və cəmi 15-16 gün məzuniyyəti olub: "Hər gün işləməklə Ermənistanı güclü etmək məqsədi ilə yaşayır, qətiyyətli, dürüst və Vətənə sadiq idim”.

Kerobyan mühüm vəzifədən getməsinin səbəbləri barədə heç nə yazmayıb. Lakin yerli media yazır ki, bu, intensiv (yüksək məhsuldar-red.) bağların salınması üçün vəsaitlərin mənimsənilməsinə dair son korrupsiya qalmaqalı ilə bağlı ola bilər. Qeyd edək ki, Kerobyanın müavini Ani İspiryan və İqtisadiyyat Nazirliyinin digər rəsmilərinin bu işlə bağlı adları hallanır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti