KTMT: Ermənistan və Azərbaycan sərhədində münaqişə potensialı artıb

    KTMT:   Ermənistan və Azərbaycan sərhədində münaqişə potensialı artıb
  14 Fevral 2024    Oxunub:914
Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialı qalmaqdadır.
Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi Andrey Serdyukov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ayrı-ayrı dövlətlər Xəzər dənizinin ehtiyatlarına və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etmək üçün Ermənistan-Azərbaycan sərhədindəki yüksək münaqişə potensialından istifadə edirlər: "Ayrı-ayrı dövlətlərin Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək cəhdləri qeydə alınır. Bu məqsədlə digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədinin yüksək münaqişə potensialından fəal istifadə olunur".

Bu kontekstdə sülh sazişinin bağlanması vəziyyətin gələcəkdə nizamlanmasında mühüm rol oynayacaq.

Serdyukov onu da bildirib ki, KTMT-nin məsuliyyət zonasında hərbi təhlükəsizliyə əsas təhdid mənbəyi ABŞ və Qərb ölkələrinin dağıdıcı fəaliyyəti sayılır: "Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, kənardan olan müdaxilələr münaqişədən sonrakı nizamlanmanın formatına təsir edir”.

Tural Tağıyev
AzVision.az



Teqlər: KTMT  





Xəbər lenti