Paşinyanın ofisi tapança ilə silahlandırıldı - "Joğovurd"

      Paşinyanın ofisi tapança ilə silahlandırıldı    - "Joğovurd"
  14 Fevral 2024    Oxunub:829
Ermənistanın baş nazirinin ofisi yanvarın 25-də “Eger” MMC ilə 1 milyon 411 min 200 dram dəyərində müqavilə imzalayıb.
Bu barədə "Joğovurd" nəşri məlumat yayıb. Müqaviləyə əsasən ofis 14 ədəd Baykal MP-71 tapançası alıb.
Bir tapançanın qiyməti 100 min 800 dramdır. Silahın çapı 9x17 mm-dir, darağ isə 8 güllə tutur. Müqavilədə tapançaların hansı məqsədlə alındığı göstərilməyib.

Qeyd edək ki, "Eger" MMC silah-sursat, hərbi və ov ləvazimatları mağazalar şəbəkəsidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti