Əfsanəvi türk güləşçi Azərbaycan bayrağını öpdü - VİDEO

 Əfsanəvi türk güləşçi Azərbaycan bayrağını öpdü    - VİDEO
  13 Fevral 2024    Oxunub:1085
Türkiyəli güləşinin əfsanələrindən olan Rza Kayaalp Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında təqdirəlayiq addım atıb.
AzVision.az xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində çıxış edən 12 qat Avropa çempionu yarımfinalda Azərbaycan təmsilçisi Beka Kandelakiyə qalib gələrək finala yüksəlib.

O, qarşılaşmadan sonra Kandelakiyə yaxınlaşaraq formasının üzərində əks olunmuş Azərbaycan Bayrağını öpüb.

Qeyd edək ki, Beka Kandelaki bu gün bürünc mükafat uğrunda görüşə çıxacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti