Əhmədin qətlə yetirdiyi ailə üzvülərinin FOTOLARI

 Əhmədin qətlə yetirdiyi ailə üzvülərinin  FOTOLARI
  13 Fevral 2024    Oxunub:2695
Xəbər verdiyimiz kimi, bu gün Bakıda dəhşətli qətl törədilib. Bir ailənin 5 üzvü öldürülüb.
Saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətininin digər məlumatına görə, Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı- 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirib.

Qətlə yetirilən Pikə Əhmədovanın məktəb direktoru olduğu məlum olub. O, Bakı şəhəri 59 nömrəli məktəbin direktoru vəzifəsində çalışırmış. Həmin məktəb Xətai rayonu ərazisində yerləşir.

Atası Mehman Əhmədov sabiq məmur olub. 2022-ci ilə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi vəzifəsini tutub. Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Bacısı 1997-ci il təvəllüdlü Elmira Əhmədova isə ailəli olub. Onun əri işlə əlaqədar Rusiyada yaşayıb.

İlkin məlumata əsasən, Ə. Əhmədov soyuq silah kimi baltadan istifadə edib.

AzVision.az qətlə yetirilən ailə üzvülərinin fotolarını təqdim edir.







AzVision.az


Teqlər:





Xəbər lenti