Küçədə törədilən qətllə bağlı cinayət işi başlanıb

 Küçədə törədilən qətllə bağlı cinayət işi başlanıb
  13 Fevral 2024    Oxunub:1316
Bakıda küçədə törədilən qətllə bağlı cinayət işi başlanıb.
Bu barədə AzVision.az -a Nərimanov rayon prokurorluğundan bildirilib.

Məlumata görə, aparılan araşdırma zamanı 1985-ci il təvəllüdlü Rövşən Quliyevin Nərimanov rayonu S.Ələsgərov küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı Sevinc İbrahimovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, prokurorluğun qərarı ilə Rövşən Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
***
Bakı şəhərinin Nərimanov rayonunda fevralın 13-də qadın keçmiş həyat yoldaşı tərəfindən öldürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə saat 17:30 radələrində baş verib, sözügedən ərazidə küçələrin birində Sevinc Rəfail qızı İbrahimova qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 1985-ci il təvəllüdlü Rövşən Eldar oğlu Quliyev saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
AzVision.az


Teqlər:





Xəbər lenti