Bir ayda 40 mindən çox insan vəbaya yoluxub

   Bir ayda 40 mindən çox insan vəbaya yoluxub
  13 Fevral 2024    Oxunub:1051
2023-cü ildə dünyada vəba xəstələrinin sayı 700 mini keçib, 2024-cü ilin yanvarında isə 40 mindən çox insanda “Qara ölüm” aşkarlanıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib. Qeyd olunub ki, bu xəstəliyin dünyada yayılma riskini çox yüksəkdir. Belə ki, təkcə yanvar ayında 17 ölkədə 40,9 min nəfərdə bakteriya aşkarlanıb, nəticədə 775 xəstə ölüb. Xəstəlik ilin əvvəlindən ÜST-nin altı regionundan dördündə - Afrika, Şərqi Aralıq dənizi, Amerika və Cənub-Şərqi Asiyada qeydə alınıb.

Xüsusilə güclü yoluxma Zambiya və Zimbabvedə baş verib. ÜST xatırladıb ki, 2023-cü ildə 30 ölkədə 708,2 mindən çox vəba hadisəsi qeydə alınıb, 4,3 mindən çox insan dünyasını dəyişib.

Doqquz ölkədə yoluxmaların sayı 10 mini keçib. Təşkilatın məlumatına görə, 2022-ci ildə dünyada 472 697, 2021-ci ildə isə 223 370 vəba hadisəsi müəyyən edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti