"Prezidentimizin ağlını itirdiyini görmək məni kədərləndirir" - Taker Karlson

   "Prezidentimizin ağlını itirdiyini görmək məni kədərləndirir" -    Taker Karlson
  12 Fevral 2024    Oxunub:1642
Rusiya prezidenti Vladimir Putindən müsahibə alan amerikalı jurnalist Taker Karlson ABŞ lideri Co Baydenin səriştəsizliyindən danışıb.
AzVision.az xəbər verir ki, Karlson bu barədə Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxış edərkən deyib.

"Mən amerikalı vətənpərvərəm və prezidentin ağlını itirdiyini görmək məni kədərləndirir. Ölkəmdə belə bir söz demək kobud hesab olunur. Təəccüblüdür ki, prezidentimizin səriştəsiz olduğu yerə necə gəlib çatdıq. Heç kim bu barədə açıq danışa bilmir. Və bu, siyasi müşahidə deyil, faktın ifadəsidir”.

Karlson əlavə edib ki, Moskvada səkkiz gün keçirdikdən sonra Rusiyanın ən böyük ölkə olmaqla yanaşı, həm də “dil, mədəniyyət və din baxımından son dərəcə müxtəlif" ölkə olduğunu başa düşüb".

"İstəsəniz də, istəməsəniz də belə bir ölkəyə 24 il rəhbərlik etmək çətindir. Bacarıqsız adam bunu edə bilməzdi. Amma Putin buna qadirdir və siz bunu bilirsiniz", - jurnalist qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti