Bayden də “TikTok”a gəldi - Video

  Bayden də “TikTok”a gəldi -    Video
  12 Fevral 2024    Oxunub:600
Fevralın 11-də ABŞ prezidenti Co Baydenin seçki qərargahı TikTok sosial şəbəkəsində hesab yaradıb və ilk postu paylaşıb. Bu barədə “Politico” məlumat yayıb.
Hesabda paylaşılan ilk video Baydenin futbola aid sualları cavablandırması ilə bağlı olub. Nəşr vurğulayır ki, bu addım potensial seçicilərin gənc auditoriyasını cəlb etmək istəyi ilə əlaqədar atılıb.

2023-cü ilin fevralında Ağ Ev federal qurumlara TikTok-u bütün cihaz və sistemlərdən silmək üçün 30 gün vaxt vermişdi.

Bu qərar Çinin tətbiqdən ABŞ vətəndaşlarına qarşı casusluq edə biləcəyi ilə bağlı narahatlıqlara görə verilib.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti