Ukraynanın Rusiyadakı səfirlik binasının taleyi necə olacaq?

Ukraynanın Rusiyadakı səfirlik binasının taleyi necə olacaq?
  12 Fevral 2024    Oxunub:856
Ukrayna səfirliyinin binasının taleyi icarə müddəti başa çatdıqdan sonra yalnız Rusiya Federasiyasının milli maraqlarına uyğun olaraq müəyyən ediləcək.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında məlumat verib.

"Bundan sonra bütün qərarlar bizim maraqlarımıza uyğun olaraq veriləcək”, - Peskov qeyd edib.

Onun sözlərinə görə, diplomatik nümayəndəliklərin gələcək taleyi ilə bağlı məsələ Xarici İşlər Nazirliyinin səlahiyyətindədir.

Qeyd edək ki, ötən gün Moskva Kiyevi Ukrayna səfirliyinin yerləşdiyi torpaq sahələrinin icarə müqavilələrinə xitam verilməsinə dair qərar barədə məlumatlandırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti