Keçmiş baş nazirin telefonunu öz kəşfiyyatı dinləyib

Keçmiş baş nazirin telefonunu öz kəşfiyyatı dinləyib
  12 Fevral 2024    Oxunub:541
Polşanın kəşfiyyat xidməti İsrailin "Pegasus" proqramından istifadə edərək keçmiş baş nazir Mateuş Moraveçkini dinləyib.
AzVision.az xəbər verir ki, bu barədə RMF FM radiosu məlumat yayıb. Qeyd edilir ki, bu məsələ partiyanın yüksək rütbəli rəhbərliyinin ötən həftə keçirilən iclasında da qaldırılıb.

RMF FM-in məlumatına görə, Polşa xüsusi xidmət orqanları Moraveçkinin daşınmaz əmlakı ilə maraqlanıb. Söhbət həm də COVID-19 pandemiyası zamanı keçmiş baş nazirin Material Ehtiyatları Agentliyi ilə təmaslarından da gedir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Polşa  





Xəbər lenti