Netanyahu: "Tam qələbəmiz davamlı hərbi təzyiqdən asılıdır"

      Netanyahu:    "Tam qələbəmiz davamlı hərbi təzyiqdən asılıdır"
  12 Fevral 2024    Oxunub:694
İsrail xüsusi təyinatlıları Qəzzanın cənubundakı Rəfəh şəhərində keçirilən əməliyyatda iki İsrail-Argentina vətəndaşını əsirlikdən azad ediblər.
AzVision.az xəbər verir ki, Baş nazir Benyamin Netanyahu əsirlərin azad edilməsindən sonra yaydığı bəyanatında:

"İsrail daha çox vətəndaşını xilas etmək üçün heç bir fürsəti qaçırmayacaq. Əməliyyatlar səngiməyəcək", - bildirib.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qüdrənin məlumatına görə, şəhərdə əməliyyat zamanı 67 fələstinli həyatını itirib, onlarla insan xəsarət alıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   əsirlər   əməliyyat   Rəfəh  





Xəbər lenti