Günün oyunları: Argentina və Fransa

Günün oyunları: Argentina və Fransa
  25 İyun 2014    Oxunub:1140
Braziliyada keçirilən dünya çempionatında qrup oyunları başa çatmaq üzrədir.
AzVision.az xəbər verir ki, bu gün daha iki qrupda 1/8 final mərhələsinə çıxacaq komandalar müəyyən olunacaq.

F qrupunda Bosniya- Herseqovina, Argentina-Nigeriya oyunları keçiriləcək. Argentina yığması növbəti mərhələni çıxmağı təmin edib. Bosniya və Herseqovina isə mundialla erkən vidalaşıb. Bu oyunlardan sonra qrupdan 1/8 finala çıxacaq ikinci komandanın adına aydınlıq gələcək. Hər iki oyun saat 21:00-da başlayacaq.

E qrupunda isə Ekvador-Fransa, Honduras-İsveçrə oyunları baş tutacaq. Qrupun oyunlarına Bakı vaxtı ilə saat 01:00-da start veriləcək.

Emin



Teqlər:  





Xəbər lenti