Ağ Evin keçmiş həkimi: "Baydenin koqnitiv problemləri ABŞ üçün təhlükədir"

   Ağ Evin keçmiş həkimi:    "Baydenin koqnitiv problemləri ABŞ üçün təhlükədir"
  12 Fevral 2024    Oxunub:1030
ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin koqnitiv problemləri ölkənin milli təhlükəsizliyini təhdid edir.
AzVision.az xəbər verir ki, bunu Ağ Evin keçmiş həkimi, konqresmen Ronni Cekson Amerikanın "Fox News" telekanalına müsahibəsində deyib.

Baydendə demensiya əlamətləri təsdiqləndi
Onun sözlərinə görə, keçmişdə hər gün Amerika liderinin səhhətini izləyirmiş. Bura Co Baydenin 44-cü prezident Barak Obamanın administrasiyasında vitse-prezident vəzifəsində çalışdığı dövr də daxildir.

Cekson qeyd edib ki, o vaxtdan bəri Ağ Evin hazırkı sahibinin koqnitiv problemləri daha da pisləşib. Bu baxımdan həkim belə qənaətə gəlib ki, 81 yaşlı siyasətçi prezident vəzifəsini yerinə yetirməyə uyğun deyil. Bayden hətta seçkilərdə belə iştirak etməməli idi.

"Hər kəs görür ki, bu adamda nə isə öz yolunda getmir. Bu problemi gizlətməyə çalışırlar, bunu dayandırmağın vaxtı çatıb", - siyasətçi vurğulayıb.

O əlavə edib ki, Amerika liderinin hazırkı durumu “əsl milli təhlükəsizlik məsələsinə çevrilib”.

"Bundan əlavə, dövlət başçısının səhhəti hər gün pisləşir", - konqresmen gileylənib.

Xatırladaq ki, dünən “Fox News”a müsahibə verən Cons Hopkins Universitetinin professoru və cərrah Marti Makari də Baydenin səhhətindəki problemlər barədə oxşar məsələləri qeyd etmişdi. Həkim xatırladıb ki, hər bir insan vaxtaşırı bəzi sözləri unuda və ya səhv edə bilər. Lakin Baydenin vəziyyətində sürətlə artan yaddaş itkisi və nitqin ləngiməsi nəzərə çarpır. O, dəqiq demensiyadan əziyyət çəkir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Həkim   Ağ-Ev  





Xəbər lenti