Futbolçunu ildırım vuraraq öldürdü - VİDEO

Futbolçunu ildırım vuraraq öldürdü    - VİDEO
  12 Fevral 2024    Oxunub:1290
İndoneziyanın "Persicas Subang" klubunun 30 yaşlı futbolçusu yoldaşlıq oyunu zamanı ildırım vurması nəticəsində həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə "VoiID" portalı məlumat yayıb.

Faciənin baş verdiyi oyun Bandunqdakı Silivanqi stadionunda baş tutub. Bildirilir ki, ilk ildırım heç kimə dəyməyib, ikinci ildırım ölən oyunçuya dəyib. Bundan sonra o, yıxılaraq huşunu itirib. Yayılan videodan da aşkar görünür ki, futbolçular dərhal onun köməyinə gəliblər. Həkim briqadası idmançını xəstəxanaya çatdırsalar da 30 yaşlı futbolçu özünə gəlmədən dünyasını dəyişib.

Tural Tağıyev
AzVision.az



Teqlər: İldırım   Futbol  





Xəbər lenti