ABŞ-nin müdafiə naziri xəstəxanaya yerləşdirilib

ABŞ-nin müdafiə naziri xəstəxanaya yerləşdirilib
  12 Fevral 2024    Oxunub:729
ABŞ-nin müdafiə naziri Lloyd Ostin xəstəxanaya yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder məlumat verib.

Ostin sidik kisəsi ilə bağlı problemlər səbəbindən xəstəxanaya yerləşdirilib.

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ostinin xəstəxanaya yerləşdirilməsi barədə müdafiə nazirinin müavini Ketlin Hiksə, həmçinin Ağ Evə və Konqresə məlumat verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti