Netanyahu Fələstinlə sülhdən danışdı

   Netanyahu Fələstinlə sülhdən danışdı
  11 Fevral 2024    Oxunub:1037
"Fələstin və İsrail tezliklə sülh sazişi imzalaya bilməyəcək". ABC telekanalı xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Mən həmişə demişəm ki, gələcək sülh sazişi hələ çox uzaqdadır. Fələstinlilərin özünüidarə hüququ olmalıdır, lakin onlar İsraili təhdid etməməlidirlər”,- Netanyahu bildirib. Onun sözlərinə görə, İsrail Qəzza zolağı da daxil olmaqla İordan çayından təhlükəsizlik sferasına nəzarət etməlidir.

Bundan əvvəl Netanyahu demişdi ki, İsrail Müdafiə Qüvvələri HƏMAS batalyonlarının dörddə üçünü məhv edib. Netanyahu həmçinin bildirib ki, Qəzza zolağında yerləşən Rəfah şəhəri Fələstin HƏMAS hərəkatının son qalasıdır və İsrail əsgərləri bu şəhəri almağa hazırlaşır. Oun sözlərinə görə, Rəfah şəhərində HƏMAS hərəkatının məhv edilməsi əməliyyatı martın 10-dək başa çatdırılmalıdır.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti