Ukraynanın yeni baş komandanının ata-anası Rusiyada necə yaşayırlar?

   Ukraynanın yeni baş komandanının ata-anası Rusiyada necə yaşayırlar?
  11 Fevral 2024    Oxunub:1163
Ukraynan Silahlı Qüvvələrinin yeni Baş Komandanın ata və anası Rusiyada yaşayırlar. “Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırskinin Vladimirdə yaşayan anası Lyudmila ilə görüşə gəliblər”. Bu barədə ukraynalı generalın valideynlərinin qonşusu news.ru-ya müsahibəsində danışıb.
Nəşrin həmsöhbəti xatırlayıb ki, bu ziyarət Sırskinin baş komandan təyin olunmasından əvvəl olub. Qadın Ukrayna Silahlı Qüvvələrinin baş komandanının valideynlərini “çox təvazökar insanlar” adlandırıb.

Rusiyanın başqa bir nəşri isə yazır ki, Sırskinin Rusiyanın Vladimir şəhərində yaşayan anası oğlunun vəzifəyə təyinatından sonra hər gün ağlayır. Bu barədə də Sırskinin valideynlərinin ailə dostu danışıb. Qadının sözlərinə görə, Lyudmila çox kədərli və narahatdır. “Onlar artıq qoca insanlardır, bütün ölkə necə yaşayırdısa, həyatlarını da elə yaşayırlar ”, - deyə nəşrin həmsöhbəti əlavə edib. "O, ağlayır və üzr istəyir" deyə, qadın fikrini yekunlaşdırıb.

Ailənin başqa bir dostu isə əlavə etdi ki, Sırskinin valideynləri oğlunun Ukraynada nə etdiyini biləndə insanların gözlərinə baxmaqdan utanırdılar. Qonşuların dediyinə görə, yaşlı cütlük evdən çıxmır. Müxbirlərdən biri domofona zəng edərək baş komandirin anası ilə danışmağa cəhd edib, amma qadın heç nə deməyib. Anası jurnalistlərin zənglərinə cavab vermir, atasının telefonu isə yoxdur.

Yada salaq ki, Sırski 1965-ci ildə Rusiyanın Vladimir vilayətinin Kirjaç rayonunun Novinki kəndində anadan olub, 1980-ci illərdən Ukraynada yaşayır. Onun qardaşı Oleq də Rusiyada yaşayır, qardaşının dediyinə görə, onlar Sırski ilə uzun müddətdir əlaqə saxlamırlar.

Sırski özü də Moskva Ali Ümumqoşun Komandanlıq Məktəbində təhsil alıb. 1986-cı ildə Birinci Əlahiddə Ümumqoşun Ordusunun 25-ci motoatıcı diviziyasının taqım komandiri kimi xidmətə başlayıb.

1991-ci ildə Ukraynanın müstəqilliyini elan etdikdən sonra Sırski Ukrayna silahlı qüvvələri sıralarında xidmət edib və peşəkar hərbi karyerasının demək olar ki, bütün mərhələlərini Ukrayna Silahlı Qüvvələrində keçib, general-mayordur. (Musavat.com)


Teqlər:





Xəbər lenti