Musiqili Teatrın aktyorları Novosibirsk teatrının yubileyində iştirak ediblər
Gənc solistlər Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan "Arşın mal alan" (Ü.Hacıbəyli) və "Paris Notr-Dama ithaf" (V.Hüqo, səhnələşdirən və quruluşçu rejissor: S.Qulamov) tamaşalarından parçalar təqdim ediblər.
Onların səhnədə yüksək peşəkarlıq nümayişi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. NMT-nin direktoru Leonid Kipnis onlara və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.
Xatırladaq ki, L.Kipnis Aydan Həsənovanın yaradıcılığını hələ 2016-ci ildə Yekaterinburqda keçirilən Gənc operetta və musiqili teatr artistlərinin VI Beynəlxalq Müsabiqəsində münsiflər heyətinin üzvi olarkən yüksək qiymətləndirib.
AzVision.az